"1 il keçib, əillik təyin olunmur, maaşım kəsilib, işsizəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

20-12-2021, 17:36           
"1 il keçib, əillik təyin olunmur, maaşım kəsilib, işsizəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Vətən Müharibəsi iştirakçısı, Bərdə rayon Yenidaşkənd kənd sakini Qayıbov İnqilab Ələsgər oğlu çoxsaylı müraciətlərinə baxmayaraq ona əlillik dərəcəsinin təyin olunmadığını deyir.
DİA.AZ-ın məlumatına görə, məsələ ilə əlaqədar Yeniavaz.com-a müraciət edən qazi bildirir ki, hazırda Tərtər rayonunda yaşayır.
Q. İnqilab qeyd edir ki, 2016 cı ildən N saylı motoatıcı briqadanın kəşfiyyat bölüyündə müddətdən artıq hərbi qulluqçu olaraq kəşfiyyatçı-snayper vəzifəsində xidmət edib. 09.27.2020-ci ildə Vətən Müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlər zamanı 481 yüksəkliyində ağır yaralanıb.
"Vətən Müharibsəndən 1 il ötməsinə baxmayaraq maaşım kəsilib, işsizəm, maddi durumum aşağıdır. Tək istəyim mənə düşən əlillik qrupu ilə təmin olunmağımdır".
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Qurumdan məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirildi.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru