. “Artıq Təhsil şöbəsinin müdirini icra başçısı barmaqla yanına çağıra bilməyəcək...” - Belə deyən də var...

20-12-2021, 18:29           
. “Artıq Təhsil şöbəsinin müdirini icra başçısı barmaqla yanına çağıra bilməyəcək...” - Belə deyən də var...
“Rayon təhsil şöbələrinin ləğv edilməsi və regional idarələrin yaradılması çox yaxşı qərardır. Mən bu gün də bir təhsil institutunun doxsan illiyində iştirak edirdim. Çıxış edənlərin bir çox təhsil islahatından danışdılar. Amma 10-15 il bundan qabaq da deyirdim ki, təhsilin yaşı on min ildən çoxdur. Yəni Misir piramidalarının yaşından daha qədimdir. Çünki Misir piramidalarını tikən ustalara da müəllim dərs deyib”

Teref.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov deyib. Ş.Əsgərov bu qərarın islahata bərabər bir qərar olduğunu bildirib:

“Yaşı çox olan sənətlərdə islahat aparmaq çətindir, mümkün deyil. Onda modernləşdirmə aparmaq, onu yeniləşdirmək mümkündür. Bu fikrimi də Təhsil Nazirliyinin rəhbərlərinə dedim. Amma inanın ki, bu sərəncam artıq təhsildə həm də islahatdır. Çünki 4-5 rayonun təhsil şöbə müdirləri ləğv edilir, yerinə regional təhsil idarəsi yaradılır. Bu o deməkdir ki, təhsil şöbəsinin müdiri İcra Hakimiyyətinin tabeçiliyindən çıxdı. Bu isə təhsilin hörmətin artırır. Təhsil şöbəsinin müdiri daha buyruqçu olmur və icra başçısı da onu barmaqla yanına çağıra bilməyəcək. Bununla təhsil bir az müqəddəsləşir, onun gücü artır, rüşvət kifayət qədər azalır.

Mürəkkəb sistemlər nəzəriyyəsi var, orda deyilir ki, sistemi nə qədər çox xırdalasan, idarəetmə bir o qədər də çətin olur. Sistemi idarə edən elementlərin sayın azaltmaqla sistemi asan idarə etmək olur. İndiyə qədər uşaq bağçaları təhsil müəssisəsi olaraq Təhsil Nazirliyinə tabe deyildi. İndi bu Təhsil Nazirliyinə tabe olanda nazirliyin elmi-tədqiqat institutu, məsləhətçiləri var. Uşaq bağçalarının da bütün problemləri həm elmi, həm də petodik cəhətdən təhlil ediləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda rayon təhsil şöbələri ləğv edilib və 12 regional idarə yaradılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.