Sahil Babayev bizi ələ salır...

21-12-2021, 07:19           
Sahil Babayev bizi ələ salır...
Qısa müddətdə əhalinin sosial həssas təbəqəsi, qazilər və şəhid ailələri ilə iqtidar arasında böyük bir uçurum yaratmağa nail olmuş Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevin media rəhbərləri ilə görüşündə uşaqpulunun verilməməsini əsaslandırmaq üçün gətirdiyi səbəblər həqiqətən çox gülməli və absurd idi.
Adam inana bilmir ki, bu arqumentləri dünyanın gəlişindən-gərdişindən xəbəri olan nazir statusunda bir şəxs səsləndirir...
Mən şəxsən buna inanmıram. Məncə Cənab nazir sadəcə bizi ələ salır...
İllərdir onun rəhbərlik etdiyi nazirlik şəffaflığın təmini, korrupsiyaya qarşı mübarizə adı altında elektron xidmətlərə, rəqəmsallaşmaya külli midarda pul xərcləyib. Dövləti və xalqı inandırmağa çalışıb ki, bu elektron sistemlər vasitəsi ilə kənar müdaxilələrin qarşısı alınacaq.
İndi isə deyir ki, uşaqpulu təyinatı üçün meyarları müəyyən etmək çətindir və bu manipulyasiya, korrupsiya əməllərinə yol aça bilər.
Yəni Cənab nazir, siz qos-qoca nazirliyin sistemini qura bilmir, əməkdaşlarınızın qanunsuzluqlarının önünə keçə bilməyəcəksiniz deyə, xalqın övladları uşaqpulundan məhrum olmalıdır?!
İcra etdiyiniz bütün digər layihələrdə şəffaflıq çoxmu yüksək səviyyədədir?!
F'rid Şahbazli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.