Kazinolar hansı məmurun MARAĞINDADIR? - İLGİNC İDDİA

21-12-2021, 09:45           
Kazinolar hansı məmurun MARAĞINDADIR? - İLGİNC İDDİA
Məlum olduğu kimi, dünən Milli Məclisin iclasında deputat, Bütöv Azərbaycan xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev ölkədə və xüsusən də işğaldan azad edilmiş ərazilərimizdə turizmin inkişafı ilə bağlı maraqlı təkliflə çıxış edib.

DİA.AZ xəbər verir ki, millət vəkili çıxışında Füzuli və Zəngilan rayonlarında kazino fəaliyyətinə icazə verilməsinin vacibliyindən danışıb və təklifində qeyd edib ki, hər iki rayonda gələn turstlərin axınının bol edilməsi məqsədilə kazinolar tikilməlidir.

Təbii ki, bu təklif birmənalı qarşılanmayıb və müxtəlif reaksiyalara səbəb olub. DİA.AZ bildirir ki, maraqlı reaksiyanı isə tanınmış jurnalist Cavanşir Həsənli bildirib:


"Kazinolar kimə lazımdır?
Birmənalı cavab vermək olar ki, otel oliqarxlarına! Məsələn, Kəmaləddin Heydərovun ölkədə 20-dən artıq oteli var. Turizm potensialını nəzərə alsaq, yəqin ki, azı 10 otel də azad edilmiş ərazilərdə açmaq istəyərdi.
Bir də hər oteldə kazinosu olsaydı...
Bir də cəm ərəb şeyxləri gəlsəydi...
O kazinolar vergimi verəcəklər, dövlətin büdcəsinimi dolduracaqlar?"

DİA.AZ xatırladır ki, Qüdərt Həsənquliyev zamanında yerli KİV-də kurasiya baxımında fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın deputat kimi xarakterizə olunurdu.

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.