Ən çox narazılıq yaradan İKİ MƏMUR... - Camaat onları bəyənmir...

22-12-2021, 16:01           
Ən çox narazılıq yaradan İKİ MƏMUR... - Camaat onları bəyənmir...
"Hansı məmurlardan razı deyilsiniz" sualı ilə "Söz" Analitik Araşdırma Bürosu (SAAB) ölkənin 4 şəhərində sorğu keçirib. DİA.AZ bildirir ki, 2000 respondent arasında Bakı, Gəncə, Sumqayılt və Mingəçevir şəhərində keçirilən sorğuda əsas olaraq iki nazir barəsində demək olar ki, ümumləşdirilmiş rəy formalaşıb.

DİA.AZ-a SAAB-dan verilən məlumatda deyilir ki, rəyi öyrənilənlərin böyük əksəriyyəti Sahil Babayev (38%) və İnam Kərimovu (23%) ən çox narazılıq yaradan məmur kimi xarakterizə edib.

Sorğunun rəy bölümündə qeyd olunur ki, respondentlərin yarıdan çox hissəsinin bu iki məmur arasında paylaşdırılması çox ciddi siqnal kimi qəbul edilməlidir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev və Kənd Təsərrüfatı Naziri İnam Kərimov olduqca həssas sahələrə rəhbərlik edirlər ki, bu da onlarla bağlı qənaətlərin yekdil xarakter alması ilə nəticələnib.

İddia olunanlarla bağlı hər iki nazirimizin münasibətini öyrənmək maraqlı olardı...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru