Bank kartlarında soyğunçuluq!

23-12-2021, 00:00           
Bank kartlarında soyğunçuluq!
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Qadir Ibrahimli feysbuk səhifəsində yazır:
Azərbaycanda faktiki olaraq 25 bank fəaliyyət göstərsə də, bank sektoru real olaraq bir neçə bankın inhisarındadır. İqtisadi nəzəriyyədə buna"kartel razılaşması" deyilir. Yəni bir neçə şirkət qiymətlərlə bağlı bağlı anlaşma əldə edərək, bazara öz tariflərini diqtə edir. Azərbaycanın bank sektorunda kartel razılaşmasının mövcudluğu aksiomadır və monopoliya Beynəlxalq Bank və Kapital Banka məxsusdur. Konkret faktlara keçək...
Hər iki bankın müştərisiyəm - Beynəlxalq Bankda biznes kartım, Kapital Bankda isə debet kartım var.
Teref.az yazır ki, daha sonra Qadir Ibrahimli qeyd edir:
Təsəvvür edin ki, Kapital Bankdan 5 manat nağdlaşdıranda 1 manat komissio haqqı tutulur. Yəni nağglaşdırılan məbləğin 20 faizi həcmində komission haqq - fantastikadır. Normalda bu hədd 0,1-1 faiz həcmində olmalıdır...
Eyni tariflər Beynəlxalq Bankda da mövcuddur. Təsəvvür edin ki, bu gün 16 manat kartda pul çıxartmışam. Komissionnu nə qədər olsa yaxşıdır? 3,66 manat, yəni 19 faiz...
Kart bazarına yeni banklar buraxılmır. Etiraf edək ki, müştərilər də başqa banklara o qədər maraq göstərmir. Çünki bank bağlansa (bu maliyyə göstəricilərindən asılı olmadan istənilən bankı gözləyir) kartlardakı pulların taleyi sual altına düşür. Çünki indiki qaydalara görə, müştərilərin depozit hesablarındakı vəsaitlər ən axırıncı, yəni əhəmiyyətsiz məsələdir. Bunu sözügedən banklar yaxşı anladığından fantastik xidmət haqları tətbiq edir - monopoliyada elə budur!
Qadir Ibrahimli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.