Bu ərazi niyə hasara alınıb? - VİDEO

23-12-2021, 13:05           
Bu ərazi niyə hasara alınıb? - VİDEO
Abşeron rayonunda 9 mərtəbəli binaların qarşısındakı, ərazi hasara alınıb. Xırdalan şəhər sakinləri həmin yerdə qanunsuz olaraq çoxmərtəbəli binanın tikiləcəyini iddia edirlər. Sakinlər deyir ki, belə olacağı təqdirdə maşınlarını saxlamağa yer olmayacaq, üstəlik uşaqlar da həyətdə oynaya bilməyəcəklər. Aidiyyatı qurumlar iddialarla bağlı sualı cavablandırıblar.

Hündür mərtəbəli binaların qarşısında olan ərazi hasara alınıb. İçərisində texnikalar işləyir. Görüntülər Abşeron rayonu, Xırdalan şəhərinin 28-ci məhəlləsindəndir.

Ərazidə yaşayan sakinlər iddia edirlər ki, 7-8-9-12 saylı binaların qarşısı qanunsuz olaraq zəbt olunub və həmin yerdə çoxmərtəbəli yaşayış binası tikiləcək. Bu da onları narahat edir.

Öyrəndik ki, həmin ərazidə əvvəllər çörək bişirmə sexi olub. Sonradan sex sahibi ərazini bir sahibkara satıb. Həmin şəxs də öz mülkiyətini hasara alaraq hər hansı bir tikinti işləri həyata keçirməyi planlaşdırır. Həmin sahibkarı tapa bilməsək də, məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sakinlərin şikayəti əsasında rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Xırdalan şəhər İcra nümayəndəsi, bələdiyyəsi və digər aidiyyatı qurumlar əraziyə baxış keçirdilər. Sakinlərlə görüşən rayon rəhbəri ərazidə hər hansı bir tikintinin aparılmasına dair sərəncam verilmədiyini dedi. Müraciət əsasında yalnız abadlıq işləri görülə biləcəyi vurğulandı. Abşeron rayon Memarlıq və Tikinti şöbəsindən XəzərXəbərə bildirildi ki, 28-ci məhəllə ərazisində hər hansı bir hündür mərtəbəli yaşayış binasının tikintisindən söhbət belə gedə bilməz.

Abşeron rayon Memarlıq və Tikinti şöbəsindən o da bildirildi ki, sözü gedən ünvanda hansısa tikinti üçün müraciət daxil olarsa, ona yalnız qanun çərçivəsində baxıla bilər.

Teref.az Xəzər Xəbərin hazırladığı sujeti təqdim edir:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.