Culfada ÖZBAŞINALIQ: Dövlətin borcu işçilərə YÜKLƏNİR... - NARAZILIQ VAR!

13-01-2022, 11:12           
Culfada ÖZBAŞINALIQ: Dövlətin borcu işçilərə YÜKLƏNİR... - NARAZILIQ VAR!
Culfa rayonundakı kənd mərkəzlərinin kommunal xərcləri işçilərin hesabına ödənilir. DİA.AZ xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a həmin işçilərin özləri məlumat verib. Kənd mərkəzlərinə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, YAP ərazi təşkilatı daxildir. Culfa rayonunda 22 kənd və bir o qədər də kənd mərkəzləri var. Şikayətçilər bildirir ki, bu iş üçün icra başçısını müavinləri səfərbər olunub:
"Dövlət idarələrinin kommunal xərcləri dövlət hesabına da ödəməlidir. Harda görünüb ki, bu pul işçilərdən çıxılsın? Hər ay kənd mərkəzlərindəki qaz, işıq, su pulunu bizdən yığırlar. Bu işə icra başçısının müavinləri cəlb olunub. Başımızın üstünü kəsdirib, alırlar. Verməyən işdən qovulmaqla hədələnir. Onsuz da maaşımız çox azdır, bu ayda o birisi aya gücnən çatdırırıq. Heç evimizin kommunal xərclərini ödəyə bilmirik. Deyirlər yuxarıdan tapşırıq belədir".
Culfa rayon kəndlərinin birində YAP ərazi təşkilatının müavini olan, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən Şikayətçilərdən biri deyir ki, durumla bağlı müvafiq qurumlara şikayət edənlər isə cəzalandırılaraq, işdən qovulurlar:
"Bir neçə nəfər şəxsən icra başçısı Siyam Hacıyevə şikayət edib. O da qəzəblənib, şikayətçilər işdən qovub. Bizə xəbərdarlıq edib ki, bu məsələ ilə bağlı Ali Məclisə şikayətə gedəni də işdən qovacaq. Dərdimizi kimə deyək, nə edək bilmirik".
Şikayətçilər hesab edir ki, Naxçıvan Ali Məclisində bu qanunsuzluqdan xəbərsizdirlər. Onlar ümid edir ki, məsələ ictimailəşdikdən sonra Ali Məclis bu işə müdaxilə edib, yoluna qoyacaq.
Culfa Rayon İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşı isə iddiaları rədd edib. Onun dediyinə görə, qurumların kommunal xərcləri elə dövlət hesabına ödənir: "Necə ola bilər ki, dövlət müəssisəsində kommunal xərcləri işçi ödəsin? Bunlar əsassız iddialardır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.