Oqtay Şirəliyev bu xəstəxananı öz adına keçirdi - FOTO

16-02-2022, 19:13           
Oqtay Şirəliyev bu xəstəxananı öz adına keçirdi - FOTO
Respublika Diaqnostika Mərkəzinin yeni qanuni təmsilçisinin adı müəyyənləşib. Teref.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nizamnamə kapitalı 2 milyon 415 min 646 manat olan Respublika Diaqnostika Mərkəzi qanuni təmsilçisi sabiq Səhiyyə naziri Şirəliyev Oqtay Kazım oğlu olub.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzinin saytında hələ də baş direktor Rəşid Vəzirov göstərilir.

Xatırladaq ki, "Qaynarinfo" bir müəddət əvvəl Oqtay Şirəliyevin Respublika Diaqnostika Mərkəzinin baş direktoru təyin olunması ilə bağlı məlumat yaymışdı.

Oqtay Şirəliyev 1988-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktoru olub. 20 oktyabr 2005-ci ildən 23 aprel 2021-ci ilə qədər isə Səhiyyə naziri vəzifəsini tutub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru