Malayziyalı qadın rəsmidən kişilərə tövsiyə: “Qadınlarınıza qarşı fiziki tənbeh metodundan istifadə edin”

17-02-2022, 09:23           
Malayziyalı qadın rəsmidən kişilərə tövsiyə:
Malayziya Baş nazirin qadın məsələləri üzrə müavini məişət zorakılığına haqq qazandırmaqda ittiham olunur.

Belə ki, Zayla Moxd Yusoff adlı nazir müavini ölkənin kişi nümayəndələrinə səslənərək həyat yoldaşlarının onların sözlərinə tabe olmadığı halda onları cəzalandırmağı tövsiyə edib.

Qadın məmur bu barədə özünün “Analara nəsihət” adlı “Instaqram” səhifəsində paylaşdığı yazıda qeyd edib.

“İnadkar arvadlarınızı danışaraq tənbeh edin, bu kömək etməsə onlardan üç gün ayrı yatın. Lakin əgər arvad ayrı yatdıqdan sonra yenə də verilən məsləhətə əməl etməkdən və davranışını dəyişməkdən imtina edərlərsə öz ciddiliyinizi və tələbkarlığını nümayiş etdirməkdən ötrü ona qarşı yüngül fiziki tənbeh metodundan istifadə edə bilərsiz”, - Zayla Moxd Yusoff yazıb.

Rəsmi şəxsin bu tövsiyəsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Qadın hüquqlarını müdafiə edən birliklər naziri müavininin dərhal vəzifəsindən istefa verməsini tələb edib.


Mənbə: Daily Mail












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.