Sürücülər məmurların adlarını "TIR"a yazıb, yolu bağladılar - Azərbaycanda İLGİNC ETİRAZ

17-02-2022, 11:43           
Sürücülər məmurların adlarını "TIR"a yazıb, yolu bağladılar -
Gecə saatlarından etibarən Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb. Teref.az "Unikal"a istinadla xəbər verir ki, sürücülər yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər.

Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar:

"Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

Bildirək ki, bu səbəbdən səhər saatlarında Heydər Əliyev prospektində böyük tıxac yaranıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru