Sağlamlıq Mərkəzi, yoxsa? - Sakinlər "donuruq" deyir, direktor "təmir olunur"...

17-02-2022, 18:13           
Sağlamlıq Mərkəzi, yoxsa? -
“Bizim kəndin həkim məntəqəsi bərbad gündədir. Otaqlar bum-buzdur, qızdırılmır. Odun sobasının ümidinə qalıb. Odun olanda azca qızır, olmasa heç. Divarlar isə adamın üstünə gəlir”. Teref.az xəbər verir ki, bu sözləri Lent.az-a Cəlilabad rayon Qarazəncir kənd sakinləri bildiriblər.
Onların dediyinə görə, kənd məntəqəsi ambulator xidmət göstərsə də, adi sistem qoydurmaq üçün gərək üstünə iki-üç dənə yorğan atasan ki, donmayasan.

“Otaqlar isə üfunət iyi verir. Rayondakı əksər kənd məntəqələri bu gündədir. Ən acınacaqlısı isə Qarazəncirdə”.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanovun Lent.az-a dediyinə görə, artıq rayonun kəndlərində həkim məntəqələrinin əsaslı təmirinə başlanılıb.

“Sizin dediyiniz Ailə Sağlamlıq Mərkəzidir. Burada ambulator xidmət göstərilir. Mərkəzin bəzi otaqları təmirlidir.

Ümumilikdə, Sağlamlıq Mərkəzinin əsaslı təmirə ehtiyacı var. Yaxın vaxtlarda təmir nəzərdə tutulub”.

Direktorun bildirdiyinə görə, Cəlilabadda artıq kənd həkim məntəqələrinin təmirinə başlanılıb. 6 kənddə məntəqələr tam təmir olunub. “Növbə Qarazəncir kəndinə də çatacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru