"Azərpoçt”un adından saxta məktublar göndərilir - Elektron Təhlükəsizlik Xidməti

18-02-2022, 00:02           
"Azərpoçt”un adından saxta məktublar göndərilir -
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları "Azərpoçt” MMC adından göndərilən saxta məktublar barədə xəbərdar edir.

Bu barədə Xidmətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kiberdələduzların göndərdiyi saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10,2 manat gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.

Daha sonra vətəndaş "Azərpoçt”un adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.

ETX bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir.

Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud reports@cert.az elektron poçt ünvanı vasitəsilə ETX-yə məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru