"Sürücü Xəzər TV-yə maykada müsahibə verirdi qışın günü?"

18-02-2022, 05:48           
"Sürücü Xəzər TV-yə maykada müsahibə verirdi qışın günü?"
Çox da şeyeləmiyün… TIR-lar İranla uzun illər alveri olan şirkətindir. Bu zamana qədər heç bir dəfə də sərhəddə gecikmələri olmayıb. Bütün giriş-çıxışlar araşdırılıb. Çox qəribə…
Teref.az yazır ki, bunu jurnalist Aygün Muradxanlı deyir.
Daha sonra Aygün Muradxanlı deyir: Sürücülərdən birinin atası deyir, Türkiyədən Belorusa ət aparırdıq. Məhsul ucuz olduğu yerdən baha olduğu yerə aparılır - biznesin əlifbası belədir. Türkiyədə ət 15-20 dollar, Belorusda 2,5-3 dollar. Üstəlik lojistik xərclər. Bu nə qəribə biznesdi?…
TIR-ları gecədən gətirib prospektin kənarında yerləşdiriblər, səhər də yolu bağlayıblar. Sürücünün atası deyir, yolun qırağında dayanmışıq, bağlamamışıq. Bu gün o tıxac düz 2 saata açılıb, yolda minlərlə maşın qalıb, FB doludur video ilə. Yalan demək nəyə yarar?
Həmin adam deyir, oğlum Xəzər TV-yə müsahibə verirdi, 15 nəfər hasardan aşdı, onu saxladı. Davam edir - əynində maykasını cırıq-cırıq elədilər. Kürəyi qapqara qaralmışdı. Sürücü Xəzər TV-yə maykada müsahibə verirdi qışın günü?
Suallar çoxdur.
Yəqin şoferlər istintaqda bülbülə dönüb hansı qarğalar tərəfindən qızışdırıldıqlarını deyərlər.
P.S. Həqiqətəndə suallar çoxdur və ümid edirik ki, az bir zamanda cavab hamıya bəlli olacaq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.