“Bu halda qiyaməti öz əlimizlə gətirmiş olacağıq”- Qida ekspertindən ŞOK XƏBƏRDARLIQ

18-02-2022, 12:05           
“Bu halda qiyaməti öz əlimizlə gətirmiş olacağıq”-
Düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamağın nəticəsidir. Bunun səbəbi orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədardir. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir.

“400 km radiusun içində nə qədər bitən bitkilər varsa, insan onları yeməlidir. Deyilən rəqəmdən kənarda yetişdirilmiş bitkilər istər meyvə və ya tərəvəz olsun, bunlar orqanizm üçün yararlı hesab olunmur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında qida eksperti Ağa Salamov bildirib. Onun sözlərinə görə, yerli məhsulların istehlak olunması orqanizm üçün çox faydalıdır:

“İnsanın doğulduğu yerin 400 km radiusunda mövsümi olaraq hansı bitkilər bitirsə, həmin məhsullar istehlak üçün mühümdür. Çünki immun sisteminə böyük xeyri olur, insan sağlam qalır və ən əsası yediyi meyvə-tərəvəzdən ləzzət alır. Bizim 9 iqlimimiz var, sitrus meyvələrinin bir çoxu torpaqlarımızda yetişdirilir. Yerli banan, kivinin və s. meyvələrin orqanizmə xeyri daha çoxdur, nəinki Afrikadan gətirilmiş geni modifikasiya olunmuş məhsulun. Satış zamanı bu qidaları hibdrid adı ilə maskalayırlar amma heç bir fərqi yoxdur”.

Ekspert bildirir ki, hazırda insanların kütləvi virusa yoluxması, xəstəliklərin artması geni modifikasiya edilmiş, yerli olmayan qidalara görədir:

“Məsələn, Türkiyə, İran həmçinin digər ölkələrdən gətirilmiş limon və sitrus meyvələri çox gözəl görünə, dadlı ola bilər. Amma bizə onların faydası yoxdur. Çünki yaşadığımız torpaqlarda bitmir. Eyni zamanda bu ət məhsullarına da aiddir. “Mc Donalds”, “KFC” kimi yerlərdə ət məhsullarının xaricdən gətirildiyi hər kəsə məlumdur. Ölkədə “fast-food”a marağın böyük olduğunu nəzərə alsaq, bu mövzuda insanların məlumatlılığı çox azdır və sağlamlıqlarına böyük zərər vurmaqları göz önündədir. İnsanlar yerli və mövsümündə yetişmiş meyvə-tərəvəzlərlə qidalanmalıdır”.

Ağa Salamov qeyd edir ki, qarış torpağı olan hər kəs sağlam qidalanma üçün əkin işləri aparmalıdır:

“Hər bir insan bir qarış torpağı varsa, səmərəli istifadə edib özünə lazımlı məhsulları yetişdirməlidir. Hazırda kənd təsərrüfatı sahəsində insanlara dəstək var. Biz torpaqdan, öz radiusumuzdan uzaqlaşdıca qiyaməti özümüz öz əlimizlə gətirmiş olacağıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.