“Lifttəmir” İstehsalat Birliyinin tabeliyindəki qurumların külli miqdarda borcu var (MƏBLƏĞ)

19-02-2022, 00:03           
“Lifttəmir” İstehsalat Birliyinin tabeliyindəki qurumların külli miqdarda borcu var (MƏBLƏĞ)
“Lifttəmir” İstehsalat Birliyinin tabeli qurumu olan “Baklift-1” və “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat idarələrinin külli miqdarda vergi borcu var.

Qaynarinfo xəbər verir ki, “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin bu günə olan vergi borcu 1 060 121.93 AZN, “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin isə 1 587 330.59 AZN təşkil edir.

Yeri gəlmişkən, bir neçə il əvvəl “Baklift-1”in rəisi Tariyel Qasımov və “Baklift-2”nin rəisi Üzeyir Aslanov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Tariyel Qasımova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), Üzeyir Aslanova qarşı isə 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

2021-ci ildə hər iki şəxsə hökm oxunub. Tariyel Qasımova il 5 il 6 ay, Üzeyir Asalanova isə 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunaraq cəzaları şərti hesab edilməklə 1 il sınaq müddəti müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru