Azərbaycanda əhali işıq və qaza pul ödəməməyin yolunu tapır

19-02-2022, 00:07           
Azərbaycanda əhali işıq və qaza pul ödəməməyin yolunu tapır
Son vaxtlar ölkədə alternativ enerji mənbələrinin tətbiqi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Ölkədə hələ bir neçə il öncə bərpa olunan enerji ilə bağlı addımlar atılsa da, əhali o qədər də bu sahəyə maraq göstərmirdi. Lakin son vaxtlar elektrik enerjisinin bahalaşması istehlakçıların alternativ enerjiyə marağını artırıb. Belə ki, sosial şəbəkələrdə də fikirlərini yazan vətəndaşlar aldıqları maaşla elektrik enerjisi haqqını ödəyə bilmədiklərini deyirlər.

Abonentlər bu istiqamətdə mövcud problemdən çıxış yolu kimi alternativ enerjidən istifadəyə üstünük verirlər. Hazırda ölkədə bu sahədə bir neçə şirkət fəaliyyət göstərir.

Bəs hansı şərtlər əsasında alternativ enerji quraşdırıla bilər?

“Helind” MMC şirkətinin satış meneceri Kamil Qafarlı Cebhe.info-ya bildirdi ki, alternativ enerjinin quraşdırlması ilə bağlı müraciətlər o qədər də çox deyil, normaldır:

“Binalarda hələ ki, quraşdırmamışıq, əgər panelin quraşdırılacağı sahə kölgəyə məruz qalmırsa, texniki cəhətdən mümkündür. Bina evlərinin də eyvanında quraşdırmaq mümkündür. Sadəcə yer cəhətdən əlverişli deyil. Çünki evlərin ehiyacları nisbətən böyük olduğu üçün yararsız olur, bu baxmdan balkonda quraşdırmaq olmur. Evin damında da bəzən mümkün olur, bəzən olmur, yəni gölgələnmə varsa mümkün deyil. Biz həm Günəş, həm də külək panelləri quraşdırırıq. Təhükəsizliyini də biz öhdəmizə götürürük. Orada konstruksiya, regiona uyğun nəzərə alırıq, həmçinin aralarında məsafə qoyuruq ki, külək müdaxilə eləməsin”.

Qiymətlərə gəldikdə isə menecer deyir ki, bu, regiondan, aylıq işıq pulu ödənişindən, müştəri ehtiyacından asılıdır:

“Enerji elə bir məsələdir ki, hər bir abonentin fərdi ehtiyacı var və hər bir abonentə xüsusi sistemlər hazırlayırıq, hesablanmasını yerinə yetiririk. Sistemlər 3 min manatdan başlayır və artır. İstənilən qiymətdə ola bilər. Panellərin ömrü kifayət qədər uzundur, yəni 40-50 ildən artıq fəaliyyət göstərə bilirlər. Təkcə 25 il istehsalçı zəmanəti olur. Demək olar ki, ömürlükdür. Ümumilikdə, 5 il akkumlyator ola bilir, bəzən az da ola bilər. Yaşayış yerində elektrik enerjisi kəsintisi yoxdursa, biz akkumlyator tövsiyə eləmirik. Bizə müraciətlər 50 faiz bölgələr, 50 faiz də Bakıdan olur. İşığın qiyməti qalxanda nisbətən müraciətlər artmışdı. İndi nisbətən sabitdir”.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.