Alimlərdən xəbərdarlıq: Yerdəki su dövranı kəskin şəkildə dəyişir

25-02-2022, 10:03           
Alimlərdən xəbərdarlıq: Yerdəki su dövranı kəskin şəkildə dəyişir
İqlim dəyişikliyi səbəbindən planetdə suyun dövranı dəyişib və bu, Yer kürəsinin müxtəlif bölgələrində yaşayan insanlar üçün əsl fəlakət ola bilər.

Su dövranında dəyişikliklər əvvəlkindən daha sürətli baş verir. Avstraliyalı alimlərin yeni araşdırması sübut edir ki, yaxın gələcəkdə Yer kürəsinin bəzi bölgələri daha da quraqlaşacaq, digərləri isə əksinə, bol yağışdan əziyyət çəkəcək. Həmçinin, belə bir dəyişiklik planetdəki bir çox insanın şirin su əldə etmək imkanlarını məhdudlaşdıracaq.

Alimlərin fikrincə, istixana qazlarının atmosferə atılması dayandırılmasa, suyun dövranı tanınmaz dərəcədə dəyişəcək.

Mənbə: focus.ua












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.