" Cəmiyyət və hakimiyyətin hadisələrə yanaşma fərqi var və bu uçurum həddindədir." - Səxavət Məmməd yazır

28-04-2022, 08:48           
" Cəmiyyət və hakimiyyətin hadisələrə yanaşma fərqi var və bu uçurum həddindədir." - Səxavət Məmməd yazır
Şöbə müdiri motosiklet sürəni əzir, vurur və təhqir edir. Cəmiyyət normal olaraq cəzalandırılmasını tələb edir.
Yüksək vəzifə tutanlar hadisələrə xalq kimi baxmır, baxa bilmir. Onların gözündə bir motosiklet sürənə görə yüksək vəzifəlini cəzalandırmaq cəmiyyətin əlinə analogiya vermiş olar. Şöbə müdirinin cəzalandırılmasına nail olanlar, sabah başqa birin istəyəcək. Hökumət xalqın və qanunun istədiyini yox, yalnız özünə qarşı çaşan məmuru cəzalandırır.
Jurnalist yazır, faktları ortaya qoyur, ancaq məmur yox, jurnalist cəzalandırılır. Aylar sonra həmin məmur yazılmış faktlara görə həbs edilir. Səbəb? Jurnalistin yazısına görə məmur cəzalansa, analogiya yaranacaq, sabah başqa bir jurnalist yazacaq, o biri gün bir başqa.
Deyənlər olacaq ki, bəs mətbuat yazdı-pozdu filan məmurlar getdi. Bu qədər saf olmayın.
Məsələ bu qədər sadədir.
Səxavət Məmməd
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru