Məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi - FOTO

28-04-2022, 08:54           
Məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi - FOTO
25 apreldə Yardımlı rayonda azyaşlı əlil məktəblini direktor tərəfindən döyülməsi hadisəsi baş verib. Teref.az xəbər verir ki, paytaxt.org-a bu barədə azyaşlı əlil məktəblinin qohumlarından biri müraciət edib.

Müraciətdə deyilir:

"Yardımlı rayon Çayüzi kənd orta məktəbin gözdən əlil 8 sinif şagirdi Sultanlı Elcan Səyavuş oğlu, Nisəqala kənd orta məktəbin direktoru Şükürağa Şahbazov tərəfindən döyülərək xəsarət yetirilib. Xəsarət alan məktəbli dərhal RMX-ya aparılaraq müayinə edilib. Müayinə zaman əlil məktəblinin ciddi xəsarət aldığı üzə çıxıb. Və bu barədə DİN-in 102 xidmətinə məlumat verilib.

Qeyd edim ki, Nisəqala kənd orta məktəbin direktoru Şükürağa Şahbazov hadisəyə səbəb kimi onun nəvəsi ilə gözdən əlil 8 sinif şagirdi Sultanlı Elcan Səyavuş oğlu arasında yaranan dartışma olduğunu deyib. Hazırda Yardımlı RPİ-də araşdırma aparılır.

Həmçinin bildirim ki, məktəb direktoru tərəfindən döyülən Sultanlı Elcan Səyavuş oğlu gözdən 1-ci qrup əlildir və qəyyumluğu var. .."

PS: İnanırıq ki, Daxili İşlər naziri və Təhsil naziri, Nisəqala kənd orta məktəbin direktoru tərəfindən döyülən, gözdən əlil 8 sinif şagirdi Sultanlı Elcan Səyavuş oğlu vətəndaşlıq hüquqlarını müdafiə edib, bürokrat Şükürağa Şahbazovu gərəkən cəza veriləcək...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru