Qanun pozan məmurlar üçün “ALİBİ”? - AÇIQLAMA

28-04-2022, 20:55           
Qanun pozan məmurlar üçün “ALİBİ”? - AÇIQLAMA
“Kimliyindən asılı olmayaraq, qanunları pozan hər bir vətəndaş törətdiyi əməlin cəzasını çəkməlidir”. Teref.az xəbər verir ki, bu fikirləri bir neçə gün əvvəl moped sürücüsünü döyməklə gündəmə gələn məmur Soltan Dadaşov barəsində hələ də hüquqi ölçü götürülməməsi haqda danışan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, ortada qanun pozuntusu faktı varsa, araşdırılmalı və nəticəyə uyğun qaydada qərar verilməlidir:

“Hamı bir məsələni nəzərə almalıdır ki, Kimliyindən asılı olmayaraq, qanunları pozan hər bir vətəndaş törətdiyi əməlin cəzasını çəkməlidir. Bu, birmənalıdır. Dediyiniz faktla bağlı niyə hələ qərar olmadığını bilmirəm.

Eyni zamanda, onu da bildirməliyik ki, bu işlə bağlı döyüldüyü bildirilən şəxs də ondan asılı olanı etməli, müvafiq addımları atmalıdır. Yəni onun özü də bu işin sürətlənməsinə çalışmalıdır.

Digər tərəfdən, məsələ bu qədər ictimailəşibsə, hüquq müdafiəçiləri də məsələyə müdaxilə etməlidirlər. Ancaq, təəssüf ki, onlar bir çox hallarda hüquqları pozulmayan şəxslərin hüquqlarını qoruyurlar. Yəqin ki, bu iş belə qalmayacaq, ortada qanun pozuntusu faktı varsa, araşdırılmalı və nəticəyə uyğun qaydada qərar verilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru