Azərbaycanda acı MƏNZƏRƏ: Bu uşaqlar nə hərf tanıyır, nə də rəqəmləri - VİDEO

1-05-2022, 09:04           
Azərbaycanda acı MƏNZƏRƏ:
Musayevlər ailəsi 12 ildən çoxdur ki, Bərdədə fermada yaşayır. Ən acınacaqlısı isə odur ki, ailənin 2 azyaşlı balası da burada, məhz bu mühitdə böyümək məcburiyyətindədir. Uşaqlardan biri hazırda 1-ci, digəri isə 6-cı sinifdə oxumalıdır. Ancaq təəssüflər olsun ki, onlar hələ hərfləri, rəqəmləri belə tanımırlar.

Oxu.Az xəbər verir ki, ailə ilə bağlı Xəzər TV sujet hazırlayıb.

Valideynləri bildirir ki, evləri olmadığından onlar fermada yaşamaq məcburiyyətindədilər. Belə olan halda uşaqlarda təhsildən yayınır

Məsələ ilə bağlı Bərdə rayon təhsil şöbəsindən bildirilib ki, uşaqların bu problemi ilə bağlı rayon təhsil şöbəsinə heç bir müraciət daxil olmayıb. Valideyinlər əraziyə ən yaxın məsafədə yerləşən məktəbə müraciət edərək uşaqları təhsillə cəlb edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru