Avropa Rusiyadan neft idxalına sanksiya qoyacaq

4-05-2022, 00:09           
Avropa Rusiyadan neft idxalına sanksiya qoyacaq
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyaları bu ölkənin neftinin tədarükünə qarşı tədbirləri əhatə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib.

"Əminəm ki, Aİ Şurası qaçılmaz şəkildə xüsusən Rusiya neftinə qarşı növbəti sanksiyalar tətbiq edəcək", - Mişel Yunanıstanın Aleksandrupolis şəhərində üzən LNG terminalının tikintisinə başlanılması ilə bağlı danışarkən deyib.

Aİ Şurasının rəhbəri, həmçinin üzən LNG terminalının tikintisi üzrə işlərin vaxtında başlanmasına işarə edib, onun sözlərinə görə, bu, Avropaya “qaz tədarükünü şaxələndirməyə, enerji infrastrukturunu gücləndirməyə və Rusiyanın qalıq yanacaqları asılılığı tədricən azaltmağa kömək edəcək”.

"Bu layihə açıq şəkildə Aİ-nin enerji təchizatının təhlükəsizliyinə və iqlim dəyişikliyi ilə bağlı uzunmüddətli hədəflərimizə töhfə verir", - Mişel vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru