Azərbaycan İsrailə buğda ixrac edəcək

4-05-2022, 10:43           
Azərbaycan İsrailə buğda ixrac edəcək
İsrailin kənd təsərrüfatı naziri Oded Ferer bir qrup mütəxəssislə birlikdə iki həftədən sonra Azərbaycana səfər edəcək.

“APA-Economics” “Al-Monitor” nəşrinə istinadən xəbər verir ki, Bakıda keçiriləcək danışıqların əsas mövzularından biri buğdanın İsrailə ixracı olacaq.
Nəşrin analitikləri qeyd edirlər ki, hazırda Azərbaycan ixrac üçün kifayət qədər buğda yetişdirmir. Bununla belə, respublika taxıl istehsalının genişləndirilməsi üçün böyük layihə həyata keçirmək niyyətindədir.

İsrail də öz növbəsində Azərbaycanı kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla təmin etməyə hazırdır ki, bu da tezliklə istehsalı artıracaq. Hesab olunur ki, Azərbaycandan buğda alışı 2025-ci ildən mümkün olacaq.
İsrail ümumiyyətlə Azərbaycanda kənd təsərrüfatının inkişafına və təşviqinə kömək etməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru