Şirvan sakinlərinin yeraltı dərdi gün üzünə çıxdı - VİDEO

5-05-2022, 07:55           
Şirvan sakinlərinin yeraltı dərdi gün üzünə çıxdı - VİDEO
Kanalizasiya açıq çalovlarla axır, onu da qamış basıb

Şirvanda böyük bir məhəllə kanalizasiya sularının girdabında batır.

Teref.az ayna.az-a istinadən “Baku” TV-yə istinadən yazır ki, köhnə şəhər adlanan ərazidə H.Aslanov, S.Mehmandarov və digər yaxın küçələrdə təxminən 300-dən çox fərdi yaşayış evi yerləşir.

Sakinlər qeyd edir ki, ərazidə bu günə kimi kanalizasiya sistemi olmayıb. Kanalizasiya açıq çalovlarla axır. Onu da qamış basıb, qabağı kəsilib, çirkab sular həyətlərə, evlərin zirzəmilərinə dolur. Odur ki, məhəllədə üfunət və antisanitar vəziyyət hökm sürür. Kanalizasiya şəbəkəsi olmayan məhəllə ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu qurulmayıb.

“İlkin olaraq şəhərin mərkəzi hissələrində su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Növbəti mərhələlərdə isə bu işlərin şəhərin ətrafını, eləcə də “Köhnə şəhəri” əhatə etməsi planlaşdırılır”, - deyə qurumdan qeyd edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru