Beynəlxalq Bankın Saatlı filialında fırıldaq

22-04-2016, 14:20           
Beynəlxalq Bankın Saatlı filialında fırıldaq
Elşad Süleymanov zamin olmadığı halda Habil Hüseynovun götürdüyü krediti ödəməyə məcbur edilir

Beynəlxalq Bankın Saatlı filialında fırıldaq hadisəsi qeydə alınıb. JAM.AZ xəbər verir ki, yerli bankın rəhbərliyi kredit almış şəxsin yaxınını həmin adamın adı olmadan zamin kimi tanıyıb.
Belə ki, Saatlı rayon sakini, rayon Gigeyena və Epidimologiya Mərkəzinin işçisi Habil Hüseynov 1200 manat məbləğində kredit almaq üçün banka müraciət edib. Bununla əlaqədar filialın rəhbəri İlqar İbrahimov və onun müavini Aqil Heydərovla görüşüb. JAM.AZ-a verilən məlumata görə, hər iki şəxs kredit almaq istəyən GEM işçisinə bildiriblər ki, zaminsiz məsələni yoluna qoymaq mümkün deyil.
Habil Hüseynov həmin şərtlərə uyğun olaraq iş yoldaşı Elşad Süleymanovu banka gətirərək, onun zamin olacağını bildirib. Lakin bank rəsmiləri deyiblər ki, Süleymanovun əmək haqqısı az olduğundan onu zamin kimi qeydə ala bilməzlər. Ona görə də, başqa bir zamin gətirməsini istəyiblər.
Verilən məlumatlarda qeyd olunur ki, Habil Hüseynov belə olan təqdirdə, öz oğlunu zamin götürüb və bank da bundan sonra ona kredit ayırıb.
İşin maraqlı tərəfi odur ki, Habil Hüseynov bir neçə ay kredit ödənişlərini etdikdən sonra prosesi dayandırıb. Günün birində isə Elşad Süleymanov maaşını almaq üçün kartını bankomata saldıqda məlum olub ki, kartına blok qoyulub. JAM.AZ xəbər verir ki, məsələni araşdırmaq üçün müraciət edən rayon sakininə Beynəlxalq Bankın müdir müavini Aqil Heydərov deyib ki, bəs, həmin vaxt onun da adını zamin kimi qeyd ediblər. Habil Heydərov kreditləri ödəmədiyi üçün onun maaş kartına blok qoyulub. Və bu proses kredit ödənilib, başa çatana qədər davam edəcək.
Elşad Süleymanov bildirir ki, o, Habil Heydərov və ya bir başqasına bankda zamin dayanmayıb. Zamin kimi təqdim edildiyi halda, onu qəbul etməyiblər. Belə olan təqdirdə, onun zamin kimi necə, hansı şəkildə qeydə alınması prosesi necə həyata keçirilib? O hesab edir ki, Beynəlxalq Bankın Saatlı filialının rəhbərliyi fırıldaqla məşğuldur və borclu olan müştərilərdən pulunu ala bilmədikdə istənilən adamı «zamin» kimi göstərib, ödənişi ona etdirə bilər. Bunun qanun pozuntusu, hətta cinayət olduğunu dilə gətirən rayon sakini qeyd edir ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi düşünür.
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.