“Ölkədə rəsmi milyonçu yoxdur, məmur biznesi var” - FAKT BUDUR!

20-05-2022, 19:43           
“Ölkədə rəsmi milyonçu yoxdur, məmur biznesi var” - FAKT BUDUR!
“Azərbaycanda rəsmi milyonçuların olmamasının əsas səbəbi ölkədəki iqtisadi sistemdən qaynaqlanır. Bizdə daha çox məmur biznesi olduğuna görə rəsmi qeydiyyatdan keçmiş, vergisini verən, səhmdarı olan milyonçular yoxdur. Onsuz da klassik anlamda səhmdar cəmiyyətlər də yoxdur. Qapalı cəmiyyətlər fəaliyyət göstərir. Digər açıq tipli cəmiyyətlərdə isə səhm bazarı, birja olmadığından qiymətləndirilməsi mümkün olmur. Ona görə də Azərbaycanda rəsmi milyonçular yoxdur. Bu da ciddi problemlərdən biridir”. Teref.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Böyük vergi ödəyicilərinin olması milyonçuların ölkənin ictimai həyatında da aktiv yer almasına səbəb ola bilər. Məsələn, onlar mənəvi proqramların təşkilində, müəyyən beyin mərkəzlərinin yaradılmasında, sosial problemlərin həllində də aktiv iştirak edə bilərlər. Təəssüf ki, bizdə belə bir sistem olmadığından hər şeyi dövlət özü və məmurlar əvəz edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru