Sürücüyə qarşı kəsilən cərimə qanunsuz olsa da... - Nazirə şikayət olundu
27-04-2016, 09:53
Son vaxtlar yol partul xidməti əməkdaşlarının tətrib etdikləri cərimə protokolarından narazılıq edən sürücülərin sayı artır. Bəzi sürücülər iddia edirlər ki, yol partul xidməti əməkdaşları yazdıqları protokollara görə sürücülərdən alınan cərimələrdən faiz qazandıqlarına görə, saxladıqları maşınlara yeri gəldi-gəlmədi protokol tərib edirlər. Bu da sürücülər arasında narazılıq yaradır.
Söz yox ki, hər kəsin öz hüququnu müdafiə etmək səlahiyyəti var və yazılmış cərimə protokollarından yuxarı orqanlara müraciət edə bilərlər. Bunun üçün əlverişli şərait yaradılıb və yol patrul xidməti əməkdaşlarının tərtib etdikləri cərimə protokollarından hər hansı bir narazılıq yaranarsa, dərhal araşdırma aparılır. Yol Patrul Xidmətinin əməkdaşının, yoxsa sürücünün günahkar olduğu müəyyənləşdirilir və bununla da narazılıq aradan qaldırılır. Son vaxtlar bu problemə aydınlıq gətirmək daha da asanlaşdırılıb. Çünki yol partul xidməti əməkdaşlarının idarə etdikləri maşınlarda quraşdırılmış qurğular yol hərəkətinin pozulma hallarını dərhal lentə alır. Mübahisəli məsələ yaranan zaman həmin video görüntülərə baxmaqla kimin günahkar olduğunu asanlıqla müəyyənlişdirmək olur. Bəs yol partul xidməti əməkdaşının tərtib etdiyi cərimə protokolu ilə video görüntü arasında ziddiyət olarsa, nə etmək lazımdır?
DİA.AZ bildirir ki, bu günlərdə belə bir hadisə Salyan rayonu ərazisində baş verib. Neftçala rayon sakini Yaşar Bəşirov özünə məxsus maşını ilə hərəəkətdə olarkən yol patrul xidmətinin əməkdaşı İlkin Əhmədov tərəfindən saxlanılıb. Yol patrul xidməti əməkdaşı bildirib ki, sürücü sürət həddini aşıb və ötmə əməliyyatını pozub. Sürücü isə bildirib ki, onun bu sahədə 40 ildən çox təcrübəsi var və heç vaxt lazım olmayan yerdə sürət həddini aşa bilməz. Yol patrul xidmətinin əməkdaşı cərimə protokolu yazmaq üçü “dosta zəng” üsulundan istifadə edib və Toğrul adlı həmkarına mobil telefonla zəng edərək sürücüyə hansı maddə ilə cərimə protokolu tərtub etməyi soruşub. Hadisənin şahidi olmayan Toğrulun nə məsləhət verdiyini yalnız İlkin Əhmədov özü bilir və o, sürücüyə 3 bal və 60 manat cərimə protokolu tərtib edib. Bundan narazı qalan sürücü Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib və yol patrul xidmətinin əməkdaşının qeyri-obyektiv mövqe tutduğunu bildirib. Sonradan məsələ Neftçala Rayon Polis Şöbəsində araşdırılıb və yol patrul xidməti əməkdaşının idarə etdiyi maşındakı qurğunun hadisəni lentə aldığı video görüntüyə baxış keçirilib. Bu zaman aydın olub ki, İlkin Əhmədovun tərtib etdiyi cərimə protokolu ilə video görüntü arasında ziddiyət var. Yəni protokolda yazılanlar video görüntüdə öz əksini tapmır.
Araşdırma zamanı sürücünün qismən də olsa, haqlı olduğu üzə çıxıb, ancaq onun haqqı bərpa olunmayıb. Belə çıxır ki, yol patrul xidmətinin əməkdaşı İlkin Əhmədovun səhvi, yoxsa bilərəkdən sürücünü incitməsi, bəlkə də qayda pozuntusunu düzgün müəyyənləşdirə bilməməsinin cəzasını sürücü çəkməlidir. Tərtib olunmuş mübahisəli protokola görəYaşar Bəşirov pul ödəməli, İlkin Əhmədov isə onun faizini almalıdır. İnanırıq ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə verilmiş məlumat yenidən araşdırılacaq və əsl günahkarın kim olduğu müəyyənləşdiriləcək.