İLTİMAS MƏMMƏDOV BARƏSİNDƏ ARAŞDIRMA BAŞLANDI - Sabiq nazir müavini həbs oluna bilər

18-08-2022, 16:37           
İLTİMAS MƏMMƏDOV BARƏSİNDƏ ARAŞDIRMA BAŞLANDI - Sabiq nazir müavini həbs oluna bilər
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini işləmiş İltimas Məmmədov həbs edilə bilər.

TEREF xəbər verir ki, bu barədə Gununsesi.info-ya hüquq-mühafizə orqanlarındakı mənbə deyib. Məlumata görə, sabiq nazir müavini haqqında hüquq-mühafizə orqanlarında araşdırma başlayıb.

Bildirilir ki, İltimas Məmmədovla bağlı araşdırma ən yüksək səviyyədə nəzarət altındadır.

Mənbəmiz araşdırmaların konkret korrupsiya faktları əsasında aparıldığını deyib.

Onu da qeyd edək ki, İltimas Məmmədov məşhur “Rabitə işi”ndən məsuliyyətdən yayına bilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru