Bakı meriyasının qarşısında etiraz aksiyası: Qadınlar yolu bağladılar - FOTOLAR 14-05-2015, 21:34 Bir qrup qadın Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı yolu bağlayıb. Movqe.az-ın xəbərinə görə, onların Bakı Şəhər İcra Hakimiyyətindən tələbi maliyə məsələsi ilə bağlıdır. Qadınlar Bakı Şəhər İcra Hakimiyyətindən onlara verilməli olan pulun ödənilməsi tələbi ilə yolu bağladıqlarını söyləyiblər. Bakı Şəhər İcra Hakimiyyətinin qəbul şöbəsindən bildirilib ki, həmin şəxslər qəbul edilib, onların problemləri dinlənilib. Facebook-da paylaş