Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti strategiyasını təkmilləşdirmək niyyətindədir.teref.az-nunANS TV-yə istinadən yaydığı məlumata görə, bu barədə AMB-nin Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov açıqlama verib. Onun sözlərinə görə, təmsil etdiyi qurum öz siyasətində tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçməyi planlaşdırır. Azər Ələsgərov həmçinin deyib ki, daha çevik məzənnə rejiminə keçid nəzərdə tutulur. Bundan əlavə maliyyə bazarlarının dərinləşdirilməsi də planlaşdırılır. Məzənnənin müəyyən edilməsində bivalyuta səbəti rejiminə keçilməsi üzən məzənnəyə keçidin əsası kimi qiymətləndirilə bilər. [media=Azərbaycanda%20pul%20siyasəti%20dəyişir%20-%20VİDEO]