Deputat da nəşriyyata borcludur: - “Bu gedişlə qəzetlər bağlanacaq”

18-01-2023, 16:58           
Deputat da nəşriyyata borcludur: -
Xəbər verdiyimiz kimi, bu gün "Azərbaycan" Nəşriyyatında kommunal (icarə) haqlarının artırılması ilə bağlı jurnalistlər nəşriyyatın binası qarşısında etiraz aksiyası keçiriblər.

Köhnə qiymətlə ödəniş etməkdə çətinlik çəkən jurnalistlər ilkin olaraq nəşriyyatın rəhbərliyinə müraciət ediblər. Müraciətə cavab sabah saat 10:00-da olacaq.

Bildirilir ki, əgər qiymətlər əvvəlki vəziyyətdə saxlanılmasa, jurnalistlər aksiyaları davamlı etdirəcəklər.

Millət vəkili Aqil Abbasın təsisçisi olduğu “Ədalət” qəzetinin ofisi də sözügedən binada yerləşir.

Deputat Cebhe.info-ya mövzuya münasibətində bildirib ki, qəzetin iki əməkdaşı, “Eminquey” kimi tanınan Emin Akif və Nicat adlı əməkdaşı qoşulub. Aqil Abbas 100 kvadratmetrlik ofisə aylıq 800 manat icarə haqqı ödədiyini, bundan sonra qiyətin 50 faiz deyil, hər otağa görə 50 manat artıq ödəyəcəklərini bildirib:

"Yəni 200 manat artıq pul ödəyəcəyik. Pulumuz olmadığından neçə aydı borcdayıq, hələ verə bilməmişik. Bu gedişlə yəqin ki, qəzetlər bağlanacaq. Ümumiyətlə, heç kimə qəzet lazım deyil".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.