Ermənistanda benzin kəskin ucuzlaşdı – Azərbaycandan 30% ucuz satılır

18-01-2023, 18:12           
Ermənistanda benzin kəskin ucuzlaşdı –
Ermənistanda benzinin qiyməti kəskin şəkildə ucuzlaşıb.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, hazırda Ermənistanın aparıcı yanacaqdoldurma məntəqlərindən (YDM) olan “Flash Petrol”da Aİ-92 (“Regular”) markalı benzin 340 drama (86 sent), Aİ-95 ("Premium") markalı benzin isə 360 drama (91 sent) satılır.
Müqayisə üçün bildirək ki, son bir ayda Ermənistanda Aİ-92 markalı benzin 15%, Aİ-95 markalı benzin isə 14,3% ucuzlaşıb.
Məlumat üçün onu da bildirək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzin 1 manata (59 sent), Aİ-95 markalı benzin isə 2 manata (118 sent) satılır.
Qeyd edək ki, Azərbaycan Aİ-92 markalı benzini ölkə daxilində istehsal edir. Aİ-95 markalı benzin isə Ermənistanda olduğu kimi Azərbaycanda da xaricdən idxal olunur. Lakin, rəqəmlərdən də göründüyü kimi, Aİ-95 markalı benzin Ermənistanda Azərbaycandan 30% ucuz satılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru