Qaradağ icra başçısı niyə işə çıxmır? – Köməkçisi məzuniyyətdə olduğunu deyir, ancaq…

19-01-2023, 00:04           
Qaradağ icra başçısı niyə işə çıxmır? –
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bir müddətdir işə çıxmır.

Teref.az 32gun.az-a istinadla xəbər verir ki, icra başçısının səhhətində problem yaranıb və paytaxtdakı xəstəxanaların birinə yerləşdirilib.

Sayt məsələ ilə bağlı özü ilə əlaqə saxlamağa çalışsa da telefona cavab verməyib.

Sonra redaksiyaya zəng edən şəxs icra başçısının köməkçisi olduğunu deyərək Süleyman Mikaylovun məzuniyyətdə olduğunu, nə vaxt qayıdacağı ilə bağlı məlumat verməyəcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru