Rusiya daha bir mötəbər tədbirə çağırılmayıb: "Dəvətə layiq deyil"

19-01-2023, 08:47           
Rusiya daha bir mötəbər tədbirə çağırılmayıb: "Dəvətə layiq deyil"
Rusiya rəsmiləri 2023-cü ildə keçiriləcək Münxen Təhlükəsizlik Konfransına dəvət olunmayıb.

“Report” xəbər verir ki, bunu konfransın sədri Kristof Hoysgen “Reuters”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüququ pozan ölkə konfransa dəvətə layiq deyil.

“Biz beynəlxalq hüququ pozanlara çıxış üçün platforma vermək istəmirik”, - Münxen təşkilatının sədri bildirib.

Tədbirin fevralın 17-18-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, noyabrın 21-də Kristof Heusgen Rusiyanın gələcəyini onlarla müzakirə etmək üçün Rusiya müxalifətinin nümayəndələrini konfransa dəvət etmək istədiyini açıqlamışdı.

2022-ci il dekabrın 1-də Rusiya Xarici İşlər Nazirliyi Münxen Konfransına marağı itirdiyini bildirmişdi. Nazirlik açıqlamışdı ki, son illər konfrans “sırf transatlantik foruma çevrilib, inklüzivliyini, obyektivliyini və bərabər məsafəliliyini itirib”.

Qeyd edək ki, bundan öncə Rusiya tərəfi daha bir mötəbər tədbirə - Davos Dünya İqtisadi Forumuna dəvət olunmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru