Magistr və doktorantlara möhlət hüququ veriləcək

3-06-2016, 14:20           

“Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. Təhsildə fasilsəzliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xdimtə və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur”.

teref.az bildirir ki, bu barədə azvision.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc məlumat verib. Deputat bildirib ki, qüvvədə olan qanunvericilik aktının 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlar deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur.

“Azərbaycanda elmi və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması cənab prezidentin yeni təhlüsilik siyasitinin tərkib hissəsidir.Ordu peşəkarlardan ibarət olmaqla bərabər alimlər də elm səngərində döyüşməyə hazılanmalıdırlar. Hər il daha çox qocalan elm adamlarımızın orta yaşı 55-dən yuxarı idi. 30 yaşlı gənc alim tapmaq Sokratın məlum axtarışlarına bənzəyirdi. Orta məktəblərimizdə tədrisi aparan müəllim korpusunun 90 faizi xanımlardan ibarət idi. Magistr pillləsində də eyni tendensiya gedirdi və elmin ağır yükü qadınlarımızın zərif çiyinləri üzərinə qoyulurdu.

Nəhayət, dövlət rəhbəri tərəfindən özünün əhəmiyyətinə görə mislisiz olan belə bir addım atıldı.Milli Məclis gələn həftə layihəyə baxacaq və plenar iclasa çıxararaq qəbul edəcək. Ümidvarıq ki, qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkün olacaq və Təşkilat-səfərbərlik idarəsi qüvvəyə minəcək yeni müddəaları rəhbər tutacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.