Müasir oyuncaqlar uşaqlarda qumar vərdişi yarada bilər

Bu gün, 17:38           
Müasir oyuncaqlar uşaqlarda qumar vərdişi yarada bilər
Mütəxəssislər həyəcan təbili çalırlar: uşaqlar arasında sürətlə yayılan sürpriz oyuncaqlar qumar aludəçiliyinə yol aça bilər. Ekspertlərin fikrincə, ənənəvi gəlinciklər uşaqlar üçün daha sağlam hesab olunur.

İHA xəbər verir ki, türkiyəli psixoloq Ahmet Erdem xəbərdarlıq edir ki, uşaqlar sürpriz içlikli oyuncaqlardan hər birinin içində nə olacağını bilmirlər. Bu, azyaşlıları istədikləri sürprizi tapana qədər davamlı olaraq yeni oyuncaq almağa təşviq edir. Belə olduqda uşaqlar oyuncağın özündən çox, satınalma anındakı həyəcandan asılı hala gəlir və həmin həyəcanı təkrar-təkrar yaşamaq istəyirlər.

"Uşaqlar artıq oyuncağın özü ilə deyil, onu alarkən hiss etdikləri emosiya ilə maraqlanırlar. Bu, zehnində qumara bənzər bir mexanizm yaradır", - psixoloq bildirib.

O, valideynləri uşaqlar üçün oyuncaq seçimində daha diqqətli olmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru