Zidan ağladı: “Onlar üçün hər şeyi edəcəyəm” - VİDEO

20-06-2023, 14:09           
Zidan ağladı: “Onlar üçün hər şeyi edəcəyəm” - VİDEO
Fransız futbolunun əfsanəsi Zinəddin Zidan xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tibbi mərkəz yaratmağı hədəfləyən “Le Point Rose” dərnəyinə sponsorluq edib.

Yayılan kadrlarda Əlcəzair əsilli futbolçunun çıxışı zamanı göz yaşlarına hakim ola bilməməsi görüntülənib.

“Mən sizin layihənizin himayədarı olmaqdan qürur duyuram. Mən bu layihəni və bütün bu ailələri müşayiət etmək üçün hər şeyi edəcəyəm”, - Zidan ağlayaraq bildirib.
Qeyd edək ki, digər təşkilatlarla da əməkdaşlıq edən Zidan 2000-ci ildən leykodistrofiya ilə mübarizə aparan ELA assosiasiyasına sponsorluq edir.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru