Özünü yandıran Qazimizin yaxınları... ŞOKDADIRLAR!

20-06-2023, 18:52           
Özünü yandıran Qazimizin yaxınları... ŞOKDADIRLAR!
Xəbər verildiyi kimi, İlkin Həmid oğlu Tağıyev adi vətən müharibəsi qazisi bu gün günorta radələrində Naftalan şəhər İcra Hakimiyyətinin binası önündə özünü yandırıb və yanıq xəsarətləri alıb. "Yeni Müsavat" media qrupu baş redaktorunun müavini Xalid Kazımlı hazırda Bakıya aparılmış İlkin Tağıyevi Naftalah şəhərinə bitişik Qasımbəyli kəndindəki ata evində olub, hadisənin təfərrüatlarını öyrənməyə çalışıb.

Musavat com-a məlumat verən əməkdaşımız aşağıdakıları deyib: "İlkinin özü Naftalan şəhərində kirayədə yaşayır, amma atası Həmid kişinin evi Qasımbəylidədir. Mən evin darvazasını döyüb içəri girəndə həyətdəki çardağın altında ailə üzvləri 13-15 nəfər haya gələn adamlar vardı. Eşidən-bilən gəlirdi. Ancaq bütün ailə hadisənin şokundadır, ailə başçısıHəmid kişi hadisə haqqında heç nə danışmaq istəmədi, suallarımı "mənə olan olub, daha nə deyim" deyə cavablandırdı. Ailənin kiçik oğlu isə daha aqressiv münasibət göstərdi, "sizi bura kim göndərib, nəyə gəlmisiz, heç bir məlumat verməyəcəyik" dedi. Başqa bir nəfər (güman ki, ailənin yaxınlarından idi) dedi ki, siz gəldi-gedərsiz, amma biz burada qalacağıq, ailəyə hər hansı bir problem yaradılmasını istəmirik, bir işdir, olub, gərək olmayaydı".

X.Kazımlı daha sonra bildirib ki, İlkin Tağıyevin ailə üzvlərinə ya İH tərəfindən vəd verilib, ya da onlar qorxudulublar ki, mediaya heç nə danışmasınlar: "Mən darvazadan çıxanda qazinin qardaşı ardımca gəldi və dedi ki, onun problemləri haqqında bilmir bildiyi odur ki, İlkin ailə-uşağı ilə kirayədə yaşayır, İcra Hakimiyyətindən ev istəyirdi. Bu gənc adam şəklinin çəkilməsinə icazə vermədi, yalnız onu dedi ki, İlkin özü ayılandan sonra nəyi lazım bilirsə, deyər".

Qeyd edək ki, İlkin Tağıyev 30 faiz yanıq xəsarətləri alıb. //"Yeni Müsavat"//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.