Dubayda tullantıları enerjiyə çevrilən dünyanın ən böyük zavodu açıldı

5-07-2023, 14:34           
Dubayda tullantıları enerjiyə çevrilən dünyanın ən böyük zavodu açıldı
Çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dəyəri 1 milyard dollardan çox olan dünyanın ən böyük tullantıları enerjiyə çevirən zavodu açılıb. Bu barədə vəliəhd, Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum məlumat verib.

Dubayın vəliəhd şahzadəsinin sözlərinə görə, stansiya 220 MVt/saat elektrik enerjisi istehsal etmək iqtidarındadır ki, bu da 135 000 mənzilə xidmət göstərmək üçün kifayətdir.

Müəssisə ətraf mühitə mənfi təsir göstərmədən ildə 2 milyon ton tullantı emal edə bilər.

Qeyd edək ki, 2021-ci ildə BƏƏ 2050-ci ilə qədər ölkənin karbon neytrallığına nail olmağı hədəfləyən “Net Zero 2050” strateji təşəbbüsünü təqdim edib. Bu təşəbbüs təmiz enerji mənbələrinin tətbiqinə yönəlib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru