“Tanıdığım MTK-lar var ki, tikdiyi binalarda zəlzələnin gücü daha çox hiss olunub” - Ekspert danışır

5-07-2023, 12:13           
“Tanıdığım MTK-lar var ki, tikdiyi binalarda zəlzələnin gücü daha çox hiss olunub” - Ekspert danışır
“Tipaja və növə baxmadan həm fərdi yaşayış evləri, həm də mənzillər keyfiyyətli tikinti şirkətləri tərəfindən tikilməlidir”

TEREF.AZ bildirir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadiçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə elə fərdi evlər var ki, birdaşlıdır və arakəsmələri beton deyil, onlarda yaşamaq hündürmərətəbəli binalardan daha təhlükəlidir:

“Ev alarkən bu nüanslara fikir vermək lazımdır. Tanıdığım MTK-lar var ki, onlar tərəfindən tikilmiş binalarda zəlzələnin gücü daha çox hiss olunub. Elələri də var ki, çox zəif silkələnmə olub. Bu, onu göstərir ki, söhbət tikili növündən deyil, onun keyfiyyətli tikilməsindən asılıdır.

Ola bilər ki, hündürmərtəbəli bina hər hansı fövqəladə hadisədən və ya zəlzələdən daha az xətər görsün, nəinki divarları bir daşdan tikilmiş, monolit betondan istifadə olunmayan fərdi evlər...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru