ƏƏSMN deyir əlil deyilsən, MN-liyi deyir əlilsən , arada pensiyasız qalan zabitimiz olur VİDEO

6-07-2023, 00:18           
ƏƏSMN deyir əlil deyilsən, MN-liyi deyir əlilsən , arada pensiyasız qalan zabitimiz olur  VİDEO
Kəngərli rayon Qabıllı kənd sakini Şirvan Cabbarovun sol qolu işlək vəziyyətdə deyil. Buna səbəb, onun Naxçıvandakı Daxili Qoşunlarda keçdiyi xidmət zamanı aldığı fiziki travmadır. Bu travmadan sonra o, 2012-ci ildə hərbi xidmətə yararsız elan olunaraq, üçüncü qrup əlil kimi işdən çıxarılıb, təqaüdə göndərilib. 2021-ci ci ildə isə onun 10 ilə yaxın əlil kimi aldığı təqaüd kəsilib.
Şirvan Cabbarova bildirilib ki, sən artıq əlil deyilsən və xidmətinə davam edə bilərsən. Xidmətə qayıtmaq istədikdə isə, ona bildirlib ki, sən əlilsən və buna görə xidmətə yararsızsan. Çarəsiz qalan keçmiş hərbçi məsələnin həlli üçün prezident İlham Əliyevə müraciət edir. Şirvan Cabbarov hərbidəki xidəmətlərinə görə, üç dəfə yüksək mükafata layiq görüldüyünü bildirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru