“National Prime” klinikasında nağd pul tələbi: - Prezidentin sərəncamına məhəl qoymayan kimdir?

5-07-2023, 20:27           
 “National Prime” klinikasında nağd pul tələbi: - Prezidentin sərəncamına məhəl qoymayan kimdir?
“National Prime” klinikasına müraciət edən pasiyentlərdən göstərilən xidmət üçün ödənişi nağd formada həyata keçirmələri tələb olunur.

TEREF.AZ xəbər verir ki, bu barədə Yenicag.az-a sözügedən klinikada əməliyyat olunmuş vətəndaşlardan biri məlumat verib. Onun sözlərinə görə, “National Prime” klinikasında əməliyyat olunan pasiyent kart vasitəsilə ödəniş etmək istəsə də, səhiyyə müəssisəsinin kassasında bunun mümkünsüz olduğu, ödənişlərin yalnız nağd şəkildə aparıldığı bildirilib.

Pasiyent klinika əməkdaşlarına nağdsız ödənişlərlə bağlı Prezidentin müvafiq sərəncamını xatırlatsa da, “sağlamlıq keşikçiləri” bu məsələnin onların problemi olmadığını deyiblər.

Şikayətlə bağlı “National Prime” klinikası ilə əlaqə saxlasaq da, zəngimizi cavablandıran klinika əməkdaşı kobud danışmaqdan əlavə, məsələni az qala dövlət sirri səviyyəsinə qaldıraraq bu barədə hər hansı açıqlama verməməkdə sona qədər israrlı oldu.

Qeyd edək ki, “National Prime” klinikasının Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qızına məxsus olduğuna dair iddialar geniş yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.