NAZİM BƏYDƏMİRLİ SAXLANILIB. NİYƏ?
6-07-2023, 09:14

Nazim Bəydəmirli heç vaxt müxalifətdə olmayıb, vaxtilə deputat olmasına baxmayaraq ona "siyasətlə maraqlanan", iştirak edən adam da demək olmaz. Amma o hakimiyyətyönlü bir iqtisadçı ekspert kimi müstəqil mediaya müsahibə verməkdən, debatlarda iştirakdan çəkinməyib, bir iş adamı kimi haqqı pozulanda, mülkiyyəti əlindən zorla alınanda susmayıb, haqqını müdafiə edib. Bunu hər işadamı eləmir, cəsarəti çatmır.
Onu MM-dən tanıyan Cəmil Həsənli yazıb ki, Nazim Bəydəmirli əslən Gədəbəydən olan çox az ziyalılardandır ki, Söyüdlü etirazlara baş verəndən az sönra Kamran Mahmudovun “Çətin sual” proqramında Söyüdlüdəki qızıl email müəssisənin əhali, flora və fauna üçün törətdiyi təhlükələri bütün çılpaqlığı ilə ortaya qoymuş, sianid gölülün təhlükəli fəsadlarını açmış, müəssisənin qurulma tarixinin tam mənzərəsini yaratmışdı. Nazim Bəydəmirlini məhz buna görə saxlayıblar".
Bu mənada Nazim Bəydəmirli tanınmış iş adamları arasında seçilən, öz sözünü, haqq sözünü deyən bir sahibkardır.
Söyüdlü olayları zamanı ya sonrakı günlərdə o kənddən olan ziyalılar susan bir zamanda da Nazim bəy Söyüdlünün faciəsinə susmaması təbii ki, hədəfə götürülməsinə səbəb oldu. İndi də növbəti mərhələdi - saxlanıldı.
Nazim Bəydəmirlini azad edin!
Sahibkarın öz mülkiyyətini müdafiə etməsi cinayət deyil!
Vicdanlı adam olmaq heç cinayət deyil!
Sahibkar vicdana, mənliyə sahib də ola bilər!
Чингиз Султансой
Teref.az