Səhiyyə Nazirliyi çimərliklərlə bağlı əhaliyə müraciət edib

6-07-2023, 10:39           
Səhiyyə Nazirliyi çimərliklərlə bağlı əhaliyə müraciət edib
Zakir Quliyev qeyd edib ki, çimərliyə gedərkən qida götürən zaman tərkibi tez dəyişməyənlərə üstünlük vermək lazımdır.
Yay aylarında çimərliyə gedərkən maksimum dərəcədə yüngül qidalara üstünlük vermək lazımdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Həkim qeyd edib ki, çimərliyə gedərkən qida götürən zaman tərkibi tez dəyişməyənlərə üstünlük vermək lazımdır:
"Çimərliyə səhər saatlarından 11:00-a qədər, axşam saat 17:00-dan sonra getməyə üstünlük vermək lazımdır. Geyim seçimi zamanı açıq rəngli paltarlara üstünlük vermək tövsiyə olunur.

Həkim onu da bildirib ki, eyni zamanda, günəş kremlərindən və digər Günəşin şüalarından qoruyan vasitələrdən istifadə etmək lazımdır:
"Dənizdə üzmədən öncə spirtli içkilərdən istifadə yolverilməzdir".
(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru