"MuğanBank"da qanunsuz dollar alveri
27-06-2016, 11:28
Görəsən, bank necə olur ki, bir gün müddətində dolları belə bahalaşdırır, amma alış qiymətini dəyişdirmir
Azərbaycan Mərkəzi Bankı ( AMB ) iyun ayının 24-də manatın rəsmi məzənnəsini açıqlayıb: 1.5332 AZN/USD.
Manatın konkret banklardakı alış-satış qiymətini araşdırmaq üçün NUH.az-ın əməkdaşı bu gün 17:08 radələrində MUĞANBANK-ın Xətai metrosunun çıxışındakı “Demirchi Tower” Biznes Mərkəzində yerləşən filialında olub.
Bankda dolların alışı 1.52 manat, satışı isə 1.594 manat olub.
Məlumat üçün qeyd edək ki, bir gün öncə, yəni dünən MUĞANBANK-ın həmin filialında dolların alış kursu 1.52 manat, satışı isə 1.57 manat olub.
Yəni MUĞANBANK-ın rəhbərliyi dollar ajiotajından istifadə edərək bir gündə dolların satışını nə az, nə çox 2 manatdan çox artırıb, amma alışını isə dəyişməyib.
Görəsən, bank necə olur ki, bir gün müddətində dolları belə bahalaşdırır, amma alış qiymətini dəyişdirmir.
Ancaq ən biabırçı hal odur ki, MUĞANBANK-ın işçiləri satdıqları dollara görə alıcıya çek vermək istəmir.
NUH.az-ın əməkdaşı tələb etsə də aldığı dollara görə ona çek verilməyib.
Bu qanunsuz dollar alveridir, vergidən yayınmaqdır.
Digər tərəfdən əgər bankın müştəriyə satdığı dollar saxta olarsa, müştəri sabah bunu necə sübut edə bilər..?
Biz hələ bankın dollar alverindəki digər qanunsuzluqlarını demirik.
Yəqin ki, bankın rəhbərliyi bütün bunlardan nəticə çıxaracaq. Əks təqdirdə bu iqtisdai sabotaj və üstəlik ciddi qanun pozuntusudur.
Görəsən, MUĞANBANK-ın rəhbərliyi kimə arxayındır ki, bu boyda qanunsuzluğa gedir..? Bu barədə növbəti yazıda.