Azərbaycanda məktəbdə şagirdlər nədən zəhərləniblər? - VİDEO

27-09-2023, 08:54           
Azərbaycanda məktəbdə şagirdlər nədən zəhərləniblər? - VİDEOSabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və bir nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin zəhərlənməsinin təfərrüatı məlum olub.

Belə ki, üçüncü sinif şagirdlərindən birinin ad gününü qeyd edən uşaqların tortdan zəhərləndikləri ehtimal edilir.

Halı pisləşən 11 şagird və bir müəllim xəstəxanaya yerləşdiriliblər.

Həkim İkram Allahverdiyevin sözlərinə görə, azyaşlılar bütün zəruri tədbirlər görüldükdən sonra evə buraxılıblar.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru