AYB-nin yazarlara verdiyi ev gələn ilə qaldı - AÇIQLAMA

23-11-2023, 18:14           
AYB-nin yazarlara verdiyi ev gələn ilə qaldı - AÇIQLAMA
Ötən həftə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan 21 nəfərə ev verildiyi barədə məlumat yayılıb.

Xəbər sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə doğurub. Bəzi yazarlar bölgünün ədalətsiz aparılmasından şikayətləniblər.

Ev verilən yazarların siyahısı AYB tərəfindən rəsmən açıqlanmasa da, bəzi adlar məlumdur.

AYB-nin ev verdiyi yazıçılardan nasir, dramaturq Firuz Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, mənzillər hələ yazıçılara təhvil verilməyib:

“Evlər mikrorayonların birində yerləşir və tikilmə mərhələsindədir. Yəqin ki, bizə gələn il təhvil veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru