“TikTok” hesabatı haqqında
20-12-2023, 09:14

MilliNet-ə başım qarışdığından TikTok hesabatına qatıla bilmədim.
Bir nümayəndəmiz iştirak edib. Hesabata göz gəzdirirəm.
İlk öncə onu qeyd etmək olar ki, bu qlobal şirkətin sayğı göstərərək balaca bir rəqəmsal bazarı olan Azərbaycana maraq göstərməsi, rəhbərlərinin gəlib hesabat verməsi təqdirəlayiqdir.
TikTok rəhbərləri ilə əvvəllər görüşlərimizdə qaldırdığımız bəzi məsələlər, ekosistemə və faydalı kontentə dəstək verməsi, uşaqların qorunması istiqamətində müəyyən məsələlər həll olunma istiqamətində gedir.
Amma Hesabatda axtarıb tapmadığım məqamlar da var.
Adətən qlobal şirkətlər öz hesabatlarında hökumətlərlə necə əməkdaşlıq etdiklərinə yer ayırırlar.
Amma TikTok-un Azərbaycan hökuməti ilə əməkdaşlığı haqqında məlumata rast gəlmədim.
İctimai əhəmiyyət kəsb edən məsələlər var :
1. Görəsən Azərbaycanın hökumət qurumlarından TikToka sorğular gedibmi? Onların neçəsi icra olunub?
2. Daxil olan sorğular nəylə bağlı olub?
TikTok daxil olan müraciətlər əsasında istifadəçilər haqqında məlumatları təqdim edirmi?
3. TikTok rəhbərləri Azərbaycanda dövlət və qeyri-dövlət nümayəndələri ilə görüşlər keçirir. Amma heç vaxt bununla bağlı açıqlamalar verməyib.
4. Azərbaycandan azyaşlıların TikTok-dan istifadəsi statistikası necədir, bunun qarşısını almaq üçün bu qlobal sosial media qurumu hansı addımları atıb və s.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır