İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi hesabat verib
20-12-2023, 08:24

Qurumun rəhbəri İnarə Vəliyeva innovasiya və startap ekosistem üzrə cari ildə görülən işlərin və görüləcək işlərin hesabatını təqdim edib.
Belə anladım ki, qurum bu tədbirə də maraqlı tərəfləri cəlb etməyib.
Güman ki, biz yenidən nazir Rəşad Nəbiyevlə görüşməliyik, o düyməni basıb göstəriş verəcək, ondan sonra qurum bizi dəvət edəcək ?
Belə görünür ki, maraqlı tərəflərin iştirakı üçün İRİA əla "mexanizm" qurub.
Təəssüf ki, İRİA son vaxtlar bütün görüşləri, İKT güzəştləri ilə bağlı, xarici İT şirkətlərlə bağlı, ekosistemlə bağlı tədbirləri qapalı edir.
İctimai Şuranı da saya almır.
Deyiləcək, müzakirə olunacaq isə çox şeylər var.
Sektorda mövcud vəziyyətlə bağlı yalnız onu qeyd edə bilərəm ki, ilk dövrlərdə müəyyən canlanma və dinamika müşahidə olunsa da RİNN infrastrukturunda hələlik ən bərbad vəziyyət məhz bu sektordadır.
RİNN-nin digər sahələrində, infrastrukturda, nəqliyyatda, lap elə tənzimləmə və tezlik sektorunda konkret işlər, konkret uğurlar və nəticələr göz önündədir. Hətta elə sektor var ki, son 1-2 ildə konkret nəhəng görülən işlər var.
İRİA-da isə göz önündə olanlar hələlik bunlardı :
- heç bir innovativ və ixrac fəaliyyəti olmayan bütün iri İT şirkətlər, heç bir müzakirə aparılmadan, bir imza ilə vergidən azad edilib, bu , illik təxminən 40 milyon manat vergidən yayınma deməkdir.
Bildiyim qədər DVX hələ indi Prezidentin məlum fərmanının düzgün tətbiq edilmədiyinin fərqinə varıb.
- İnnovasiya və startap ekosistemlə bağlı yalnız onu deyə bilərəm ki, sonuncu beynəlxalq hesabatlar bu sektorda vəziyyətin acınacaqlı olduğunu ortaya qoyub
Qurum hələ də söykənəcəyi olmayan quru rəqəmlər sadalayır, amma indiyədək cəmi 3 yerli startapa Vençur Fondu dəstək verə bilib.
- Technestdə də prinsiplərin səhv müəyyən olunmasının indi, yüzlərlə mənasız kurslar yaranandan sonra fərqinə varıblar
- Qurumda görünən hələlik mənasız və kollektiv formada beynəlxalq səfərlər, xaricdən gəvət olunan əcnəbilərin aylıq 20-30 min manat məvacibləri və s . bu tip "uğurlardı"
Ümid edirəm RİNN yoluna qoyacaq bu məsələləri
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır